Türkiyədəki zəlzələdə ölü sayı 20-yə çatdı, 1015 yaralı var - Yenilənib

  25 Yanvar 2020    Oxunub : 8020
Türkiyədəki zəlzələdə ölü sayı 20-yə çatdı, 1015 yaralı var - Yenilənib
Türkiyənin Elazığ bölgəsində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, hazırda dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə işləri davam edir. Son məlumatlara əsasən, yaralıların sayı 1015 nəfərdir. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Təbii fəlakət zamanı evləri dağılan vətəndaşlar məktəblərdə və idman mərkəzlərində gecələyiblər.

***
(00:35)

Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb. Bildirilib ki, təbii fəlakət zamanı azı 225 nəfər xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Ölü sayının artacağı istisna edilmir.

Hazırda hadisə bölgəsində xilasetmə işləri aparılır. Əlavə məlumat veriləcək.

***
(21:15)

Türkiyənin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində 4 nəfər həlak olub.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu açıqlama verib. Onun sözlərinə görə, təbii fəlakət zamanı xəsarət alan şəxslər də var.

Bundan əlavə, bir neçə binada dağıntılar olub.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Elazığ vilayətində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı yerin 6.75 kilometr dərinliyində yerləşir. Yeraltı təkanlar ətraf bölgələrdə də hiss olunub.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ