ÜST-nin icraçı direktoru vəfat edib

  24 Yanvar 2020    Oxunub : 1316
ÜST-nin icraçı direktoru vəfat edib
BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) icraçı direktoru Piter Salama vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Adanom Gebreisus “Twitter”də yazıb. O, Salamanın vəfatı ilə bağlı başsağlığı verib.

Qeyd edək ki, həkim-epidemioloq P. Salama ÜST-də 2016-cı ildən işləməyə başlayıb. Bundan əvvəl isə YUNİSEF-də çalışıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: ÜST