Tovmasyanın evində axtarış aparılıb

  24 Yanvar 2020    Oxunub : 1557
Tovmasyanın evində axtarış aparılıb
Ermənistanın Xüsusi İstintaq Xidmətinin əməkdaşları Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın evində axtarış aparıblar.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, axtarış məhkəmə sədrinə qarşı açılmış cinayət işi çərçivəsində baş tutub.

Tovmasyana qarşı iki cinayət işi başladılıb. O, 2019-cu ilin oktyabrında keçmiş parlament sədri Ara Babloyanla birlikdə hakimiyyəti ələ keçirməyə cəhddə, 2019-cu ilin dekabrında isə vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

İstintaqın versiyasına görə, hələ ədliyyə naziri olarkən, İrəvanın mərkəzində yerləşən notariusların ofislərini “sıxışdırıb”, sonra isə onları bu binaları icarəyə götürməyə məcbur edib. Tovmasyana qarşı ölkəni tərk etməməklə bağlı qətimkan tədbiri seçilib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Tovmasyan