Qarabağda iki erməni hərbçi yaralanıb

  24 Yanvar 2020    Oxunub : 2047
Qarabağda iki erməni hərbçi yaralanıb
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində hərbi hissələrdən birində erməni hərbçilər arasında insident baş verib.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində iki hərbi qulluqçu yaralanıb. Məlumatı Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan təsdiqləyib.
"İnsdent baş verib, iki yaralı var, ölən yoxdur", - deyə Ovhannisyan bildirib.

Onun sözlərinə görə, yaralılardan birinin vəziyyəti ağır, digərinin isə orta-ağır qiymətləndirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Qarabağ   Erməni   İnsident