Koronavirusdan ölənlərin sayı 25 nəfərə çatıb

  24 Yanvar 2020    Oxunub : 1432
Koronavirusdan ölənlərin sayı 25 nəfərə çatıb
Çində yeni növ koronavirusa yoluxanların sayı 835-ə, ölənlərin sayı 25 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komissiyası məlumat yayıb.

Bildirilib ki, ölüm faktının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində, biri isə Xıbey vilayətində qeydə alınıb.

Bundan əlavə, Çinin materik hissəsindən başqa, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, xaricdə isə Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da virusa yoluxma halları təsdiqlənib.

Azvision.az

Teqlər: Çin   Virus