Koronavirusa yoluxanların sayı 644 nəfərə çatıb

  23 Yanvar 2020    Oxunub : 1714
Koronavirusa yoluxanların sayı 644 nəfərə çatıb
Çində yeni növ koronavirusa yoluxanların sayı artıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək 644 nəfərin təhlükəli virusa yoluxduğu müəyyən edilib, ölənlərin sayı isə 18-ə çatıb.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum xəstəlik aşkarlanıb. İnsanlar arasında geniş yayılan virusun 2019-nCoV – yeni növ koronavirus olduğu təsbit edilib.

Azvision.az

Teqlər: Çin   Koronavirus