Koçaryanın ofisini soruşan silahlı şəxs zərərsizləşdirilib - VİDEO (Yenilənib)

 Koçaryanın ofisini soruşan silahlı şəxs zərərsizləşdirilib -  VİDEO (Yenilənib)
  23 Yanvar 2020    Oxunub:3932
İrəvanda Respublika meydanının yaxınlığında yerləşən "Erebuni Plaza" biznes kompleksində atışma olub.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə binanın foyesindəki kafelərdən birində baş verib. Məlum olub ki, atəş açan şəxs bir neçə nəfəri girov götürüb. Xüsusi təyinatlı dəstə və təcili yardım maşınları hadisə yerinə cəlb olunub. Polis kənar şəxsləri binaya buraxmayıb.

Xatırladaq ki, "Erebuni Plaza"da Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi yerləşir. Şahidlərin bildirdiyinə görə, atəş açan şəxs Koçaryanın ofisinin yerinin göstərilməsini tələb edib.

Hadisə ilə əlaqədar xüsusi təyinatlı dəstələr biznes mərkəzində əməliyyat keçirib. Əməliyyat nəticəsində silahlı şəxs zərərsizləşdirilib.

İlkin məlumata görə, ölüm faktı qeydə alınmayıb. Hazırda polis faktla əlaqədar araşdırma aparır.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti