“Qarabağ” yeni hücumçu transfer etdi

  23 Yanvar 2020    Oxunub : 1404
“Qarabağ” yeni hücumçu transfer etdi
"Qarabağ" klubu yeni transferini rəsmiləşdirib.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən "Leqanes" klubunun hücumçusu Ovusu Kvabenanı heyətinə qatıb. Transferin detalları hələlik açıqlanmayıb.

Qeyd edək ki, Kvabena cari mövsümün ilk hissəsini icarə əsasında Sequnda təmsilçisi “Kordoba”da keçirib. Futbolçu Qana millisinin heyətində də 3 oyun keçirib.

Azvision.az

Teqlər: Qarabağ   Klub