Putin və Paşinyanın rəsmi görüşü marta qaldı

  23 Yanvar 2020    Oxunub : 1409
Putin və Paşinyanın rəsmi görüşü marta qaldı
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında rəsmi görüşün bu ilin mart ayının sonunda, yaxud aprelin əvvəlində baş tutması gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb.

Bildirilib ki, Nikol Paşinyan baş nazir seçiləndən sonra Rusiyaya rəsmi səfər etməyib, Putinlə bütün görüşlər prosedur xarakteri daşıyıb.

Ötən ilin sonunda isə Paşinyan deyib ki, ilkin razılaşmaya görə, 2020-ci ildə Rusiya Federasiyasına rəsmi səfər edəcək. Rusiya Prezidenti isə Ermənistana 2020-ci ilin ikinci yarısında və ya 2021-ci ilin birinci yarısında rəsmi səfər edə bilər.

Erməni mətbuatından yer alan məlumatlara görə, səfərin dəqiq tarixi açıqlanmasa da, aprelin əvvəlinə kimi baş tutacağı istisna deyil.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Putin   Ermənistan   Paşinyan