Ohanyan aprel döyüşləri ilə bağlı dindiriləcək

 Ohanyan aprel döyüşləri ilə bağlı dindiriləcək
  23 Yanvar 2020    Oxunub:3117
2016-cı ilin aprel döyüşlərini araşdıran Ermənistanın parlament komissiyası sabiq müdafiə naziri Seyran Ohanyanı dindirməyə çağıracaq.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, komissiyanın iclası yanvarın sonu və ya fevralın əvvəlinə planlaşdırılır. Yaxın günlərdə bununla bağlı Ohanyana bildiriş göndəriləcək.
Xatırladaq ki, ötən il 31 may tarixində Ermənistan parlamentində 2016-cı il aprel müharibəsinin səbəblərini araşdıran komissiya yaradılıb. Komissiyanın səlahiyyətlərini parlamentin müdafiə və təhlükəsizlik üzrə daimi parlament komissiyası həyata keçirir.

Daha əvvəl komissiyanın rəhbəri Andranik Koçaryan 40-a yaxın şəxsin dindiriləcəyini və bunun bir neçə ay davam edə biləcəyini bildirmişdi.

Ötən il sabiq prezident Serj Sarkisyanın, Seyran Ohanyan və keçmiş baş qərargah rəisi Yuri Xaçaturovun 2019-cu ilin sonunadək dindiriləcəyi deyilsə də, hələlik heç biri komissiyaya çağırılmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ohanyan   Aprel-döyüşü  





Xəbər lenti