ABŞ-da atışma olub: 1 ölü, 5 yaralı

ABŞ-da atışma olub:  1 ölü, 5 yaralı
  23 Yanvar 2020    Oxunub:2336
ABŞ-ın Sietl şəhərində atışma baş verib.
Azvision.az xəbər verir ki, bu barədə “Twitter”də şəhər polis idarəsi məlumat yayıb. Bildirilib ki, şübhəli şəxs hadisə yerindən qaçıb və onun axtarışları davam edir.

Atışma nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb. Polis və həkimlər yaralılara ilkin yardım göstəriblər. Vəziyyəti ağır olan yaralılar xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti