30 saniyədə 229 söz deməklə rekord qırdı

30 saniyədə 229 söz deməklə rekord qırdı
  22 Yanvar 2020    Oxunub:2120
Amerikalı reper və prodüser Eminem (əsl adı 3-cü Marşal Brus Maters - red.) "Godzilla" adlı mahnısı ilə “sürət” rekordunu qırıb.
Azvision.az-ın məlumatına görə, reper "Music to be murdered by" adlı albomunda yer alan mahnısında 30 saniyə ərzində 229 söz deyib.

Eminem o qədər sürətli oxuyur ki, ingilis dili ana dili olanlar belə onu anlamaqda çətinlik çəkirlər. Onun "Majesty" və "Rap God" mahnılarında göstərdiyi yüksək sürət performansı çoxlarına məlumdur.

47 yaşlı sənətçi 21-ci əsr musiqi sektorunun ən uğurlu reperi hesab olunur. Eminemin albomlarının satış sayı təkcə Birləşmiş Ştatlarda 115 milyon, dünya üzrə isə 40 milyondur.

Pərvanə Yahyazadə
Azvision.az



Teqlər: Reper  





Xəbər lenti