Qarabağda erməni əsgər ölüb

 Qarabağda erməni əsgər ölüb
  22 Yanvar 2020    Oxunub:3692
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri ölüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, yanvarın 21-də gecə saat 01:15 radələrində Qarabağın şimal istiqamətində yerləşən hərbi hissələrdən birində bədbəxt hadisə nəticəsində 1980-ci il təvəllüdlü hərbi qulluqçu Artur Nalbandyan həyatını itirib.
Hadisənin baş vermə səbəbi araşdırılır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti