Bir gündə Suriyaya 800-dən çox qaçqın qayıdıb

Bir gündə Suriyaya 800-dən çox qaçqın qayıdıb
  21 Yanvar 2020    Oxunub:2417
Sutka ərzində Suriyaya İordaniyadan 600-dən çox, Livandan isə 220-dən çox qaçqın qayıdıb.
Azvision.az xəbər verir ki, bu barədə müharibə edən tərəflərin barışıqları və qaçqınların hərəkəti üzərində nəzarət mərkəzinin açıqladığı bülletendə deyilir.

“Ötən sutka ərzində xarici dövlətlərin ərazisindən Suriyaya 833 qaçqın geri dönüb. Belə ki, Livanın “Jaydet Yabus”, “Tell-Kalah” keçid məntəqələrindən ümumilikdə 223 nəfər (67 - qadın, 113 - uşaq) , İordaniyanın “Nasib” keçid məntəqəsindən isə ümumilikdə 610 nəfər (qadın - 183, uşaq - 311) Suriyaya geri dönüb”, - deyə bülletendə qeyd olunub.


Azvision.az


Teqlər: Suriya  





Xəbər lenti