Koçaryanın vəkilləri məhkəməni boykot edib

 Koçaryanın vəkilləri məhkəməni boykot edib
  21 Yanvar 2020    Oxunub:2185
Bu gün İrəvan məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Koçaryanın və digər yüksək vəzifəli şəxslərin işi üzrə məhkəmə iclası təxirə salınıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, buna səbəb vəkillərin prosesi boykot etməsi olub. İclasda yalnız keçmiş müdafiə naziri Seyran Ohanyanın və KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun vəkilləri iştirak ediblər.

Prosesə sədrlik edən hakim Anna Danibekyan bildirib ki, vəkillərin təqdim etdiyi məktubda əvvəlki məhkəmə iclasında onların ünvanına təhdidlər səsləndirildiyini, məhkəmənin isə buna lazımi şəkildə reaksiya vermədiyini yazıblar. Bu səbəbdən vəkillər prosesə gəlməyib və iclas fevralın 4-dək təxirə salınıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti