Özbəkistan Avrasiya İqtisadi İttifaqına qoşulmayacaq

  21 Yanvar 2020    Oxunub : 1372
 Özbəkistan Avrasiya İqtisadi İttifaqına qoşulmayacaq
Özbəkistan Avrasiya İqtisadi İttifaqına qoşulmaq niyyətində deyil və müşahidəçi statusuna üstünlük verir.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev senatın iclasında bildirib.

“İcazə verin, inteqrasiya ilə bağlı fikirlərimi bildirim. Vətəndaşlarımızın çoxu xarici ölkələrdə işləyir. Qazaxıstan və Rusiyada. Buna laqeyd qala bilmirik. Onu bilin ki, heç kim heç vaxt kiməsə müstəqillik verməz. Müstəqillik xalqın etibar etdiyi Prezidentin əlindədir. Biz bu birliyin üzvü olmayacağıq", - deyə Mirziyoyev söyləyib.

Özbəkistan liderinin sözlərinə görə, Daşkənd müşahidəçi statusuna üstünlük verir: "Biz tamaşaçı kimi müşahidə edərək, hansı müsbət və mənfilərin olacağını görəcəyik. Vladimir Putinlə Sankt-Peterburqda bir çox məsələləri razılaşdırdıq. Əmin olun ki, hansı addımı atmağımızdan asılı olmayaraq, bunu milli maraqlarımızı nəzərə alaraq edəcəyik".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Özbəkistan