İnterpolun keçmiş rəhbərinə 13,5 il həbs verildi

  21 Yanvar 2020    Oxunub : 1574
İnterpolun keçmiş rəhbərinə 13,5 il həbs verildi
Çin məhkəməsi İnterpolun keçmiş rəhbəri Men Hunveyi on üç il yarım müddətinə həbsə məhkum edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəmə, həmçinin ona 2 milyon yuan cərimə kəsib.

İnterpolun keçmiş rəhbəri, Çin Xalq Respublikasının ictimai təhlükəsizlik nazirinin sabiq müavini Men Hunvey 20 iyun 2019-cu ildə ümumi məbləği təxminən 2 milyon dollar olan rüşvət aldığını etiraf edib. O, məhkəmənin hökmü ilə razılaşıb və apellyasiya şikayəti verməyəcəyini bildirib.

Xatırladaq ki, ötən ilin sentyabr ayının sonunda Hunvey heç bir bir məlumat vermədən Çinə gedib. Fransa polisi onun yoxa çıxması ilə əlaqədar istintaq başladıb. Daha sonra Çin hakimiyyəti qanun pozuntusu ilə əlaqədar İnterpolun keçmiş prezidentinə qarşı araşdırma başladığını və bunun dövlət nəzarət komitəsi tərəfindən aparıldığını bəyan edib.

Oktyabrın 8-də isə İnterpol katibliyi Hunveyin istefa məktubunu yayıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İnterpol   Həbs