Polis ermənilərin telefon danışığını dinləyəcək

Polis ermənilərin telefon danışığını dinləyəcək
  21 Yanvar 2020    Oxunub:2379
Ermənistan parlamenti daha çox “dinləmə qanunu” adını alan "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunu qəbul edib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, layihənin lehinə 97, əleyhinə 20 deputat səs verib, bir nəfər isə bitərəf qalıb.

Dəyişikliklərə əsasən, polisə həyata keçirdiyi əməliyyat-axtarış işləri çərçivəsində xüsusi icazə almadan vətəndaşın telefon danışığını dinləmək hüququ verilir.

Əvvəllər yalnız Milli Təhlükəsizlik Xidmətinin telefonları dinləmək hüququ var idi və polis xüsusi xidmət orqanlarının icazəsi ilə bu cür işləri həyata keçirə bilərdi. Bundan əlavə, cəzaçəkmə müəssisələrində "qulaqasma" hüququ var idi, lakin xəbərdarlıqla islah müəssisəsinin rəhbərliyi yalnız müəssisənin ərazisindəki məhbusların söhbətlərini dinləyə bilərdi.

Xatırladaq ki, yanvarın 20-də Ermənistanın ədliyyə nazirinin müavini Srbuy Qalyan hökumət adından parlamenti “Mənim addımım” fraksiyasının üzvləri Armen Xaçatryan və Sipan Paşinyan tərəfindən hazırlanan “dinləmə” layihəsinə səs verməyə çağırıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Polis   Telefon  





Xəbər lenti