Gecə klubunda atışma olub, 2 nəfər ölüb

  20 Yanvar 2020    Oxunub : 1356
Gecə klubunda atışma olub, 2 nəfər ölüb
ABŞ-ın Texas ştatının San-Antonio şəhərindəki gecə klublarından birində konsert zamanı atışma olub. İnsident nəticəsində iki nəfər ölüb.
Azvision.az xəbər verir ki, bu barədə “Twitter”də yerli polis məlumat yayıb. Bildirilib ki, daha beş nəfər isə yaralanıb.

"Klubda bir qrup şəxs arasında mübahisə düşüb. Hadisə iştirakçılarından biri atəş açıb”, - deyə şəhər polisinin rəhbəri Uilyam Makmanus bildirib.

Hadisə zamanı bir nəfər yerindəcə ölüb, digər zərərçəkən xəstəxanada dünyasını dəyişib. Ölən və yaralananların hamısı klubun daimi müştəriləri olub.

Polis hazırda cinayət yerindən qaçmağı bacaran şübhəlini axtarır, istintaq davam edir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Klub   Atışma