“Qalatasaray” ev qələbəsinə sevindi - Turun nəticələri

“Qalatasaray” ev qələbəsinə sevindi -  Turun nəticələri
  20 Yanvar 2020    Oxunub:3761
Türkiyə Superliqasının 18-ci turunun oyunları davam edir.
Azvision.az xəbər verir ki, “Qalatasaray” doğma divarlar arasında “Dənizlispor”u 2:1 hesabı ilə məğlub edib.

“Göztəpə” səfərdə “Antalyaspor”u 0:3 hesabı ilə udub. “Trabzonspor” isə “Kasımpaşa”nın qapısından altı cavabsız qol keçirib. Günün son matçında, “Beşiktaş” doğma meydanda “Sivasspor”u qəbul edib. Oyunda İstanbul təmsilçiləri 1:2 hesabı ilə məğlub olublar.

Tura yanvarın 20-də yekun vurulacaq.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 40 xalla “Sivasspor” başçılıq edir. “İstanbul Başakşəhər” 36 xalla ikinci, “Trabzonspor” isə 35 xalla üçüncüdür.

Azvision.az




Teqlər: Futbol   Super-Liqa   Qalatasaray   Beşiktaş  





Xəbər lenti