"Liverpul” liderliyini möhkəmləndirdi

"Liverpul” liderliyini möhkəmləndirdi
  20 Yanvar 2020    Oxunub:2955
İngiltərə Premyer Liqasında 23-cü turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, lider “Liverpul” öz meydanında “Mançester Yunayted”i qonaq edib.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 64-ə çatdıran Yurgen Kloppun komandası zirvədəki yerini bir qədər də möhkəmləndirib. "Mançester Yunayted" isə 34 xalla 5-cidir.

Azvision.az



Teqlər: Futbol   Liverpul   Mançester  





Xəbər lenti