"Sabah" bu dəfə qalib gəldi

"Sabah" bu dəfə qalib gəldi
  20 Yanvar 2020    Oxunub:3036
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyunu keçirib.
Azvision.az xəbər verir ki, Jelko Sopiçin komandası Qazaxıstan "Kaysar"ı ilə üz-üzə gəlib.

Matç "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" bundan əvvəlki yoxlama matçlarında “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.

Azvision.az


Teqlər: Futbol   Sabah  





Xəbər lenti