Pompeo və Çavuşoğlu Liviyanı müzakirə edib
Pompeo bildirib: "Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Liviyadakı sülh prosesini müzakirə etdim. Liviyada atəşkəsin əldə edilməsi və sülhə əməl olunmasına nəzarət etmək üçün etibarlı mexanizmin yaradılması barədə razılığa gəldik”.
Qeyd edək ki, bu gün Almaniyanın paytaxtı Berlində Liviya üzrə beynəlxalq konfrans keçiriləcək.
Azvision.az
Teqlər: Pompeo Çavuşoğlu Liviya