Çində 45 nəfər koronavirusa yoluxub

   Çində 45 nəfər koronavirusa yoluxub
  18 Yanvar 2020    Oxunub:3529
Çinin Hubei əyalətinin Vuhan şəhərində sətəlcəmin yeni növünə yoluxan şəxslərin sayı 45-ə çatıb.

Azvision.az xarici mətbuata istinadən bildirir ki, onların arasında 5-nin vəziyyətinin ağır olduğu,15-nin isə artıq tibb müəssisələrindən evə buraxıldığı qeyd edilib.
Bu günə qədər iki ölüm hadisəsi qeydə alınıb.

Qeyd edək ki, 31 dekabr 2019-cu ildə Çinin Hubei əyalətinin Vuhan şəhərində naməlum etiologiyalı sətəlcəm xəstəliyi aşkar olunub. Yanvarın 7-də xəstəliyin törədicisi olan koronavirus 2019-nCoV müəyyən edildi.

Azvision.az



Teqlər: Çin   Koronavirus  





Xəbər lenti