Putin Liviya üzrə konfransda iştirak edəcək

  17 Yanvar 2020    Oxunub : 1605
Putin Liviya üzrə konfransda iştirak edəcək
Rusiya Prezidenti Vladimir Putin Berlində Liviya üzrə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.
Azvision.az bu barədə "RIA - Novosti"yə istinadla xəbər verir.

"Yanvarın 19-da Rusiya Prezidenti Vladimir Putin Liviya ilə əlaqədar beynəlxalq konfransda iştirak etmək üçün Berlinə səfər edəcək. Liviya böhranının həlli, o cümlədən hərbi əməliyyatların tezliklə dayandırılması, atəşkəs, BMT-nin himayəsi altında geniş siyasi dialoqun başlaması ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir", məlumatda bildirilir.

Əsas razılaşmaların konfransın yekun sənədində qeyd ediləcəyi vurğulanır.

Konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Liviya Milli Razılıq hökumətinin rəhbəri Faiz Sarrac, Liviya Milli Ordusunun komandiri Xəlifə Haftar, ABŞ, İngiltərə, Misir, BMT və Aİ nümayəndələri tədbirə dəvət olunub.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Liviya   Rusiya