İrəvanda Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru öldürülüb

İrəvanda Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru öldürülüb
  17 Yanvar 2020    Oxunub:3616
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Georgi Kutoyanın İrəvandakı mənzildə meyiti tapılıb. Azvision.az erməni mətbuatına istinadla xəbər verir ki, onun meyitində güllə yarası aşkarlanıb.
Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, istintaq qrupu hadisə yerinə yollanıb.

39 yaşlı Kutoyan 12 Fevral 2016-cı ildə Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib. 10 may 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra vəzifəsindən azad edilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti