AŞPA nümayəndə heyəti Azərbaycana gəlir

  17 Yanvar 2020    Oxunub : 1888
 AŞPA nümayəndə heyəti Azərbaycana gəlir
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti 9 fevral erkən parlament seçkiləri ərəfəsində seçki kampaniyası və siyasi mühiti qiymətləndirmək üçün 22-23 yanvar 2020-ci il tarixlərində Azərbaycana seçkiqabağı səfər edəcək.
Azvision.az xəbə verir ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində seçki kampaniyası və siyasi mühiti qiymətləndirmək üçün Azərbaycana gəlir.

AŞPA-nın saytına istinadla xəbər verir ki, missiyanın səfəri 22-23 yanvar tarixlərinə planlaşdırılıb.
Səfər çərçivəsində heyət Milli Məclisin spikeri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri, parlament və parlamentdən kənar siyasi partiyaların rəhbərləri və təmsilçiləri ilə görüşlər keçirəcək.
Həmçinin, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri, üzvləri, media, vətəndaş cəmiyyəti və beynəlxalq icma nümayəndələri ilə də müzakirələr aparılacaq.

Nümayəndə heyətinin səfərin sonunda bəyanat yayması gözlənilir.

Seçki günü, fevralın 9-da isə missiya tam heyətlə Azərbaycanda prosesi izləyəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: AŞPA