İranın hücumu zamanı 11 ABŞ hərbçisi xəsarət alıb - Rəsmi
17 Yanvar 2020
Oxunub:3184
Yanvarın 8-də İraqdakı ABŞ hərbi bazasına İranın hücumu zamanı ABŞ-ın 11 hərbçisi yaralanıb. Azvision.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Bill Urban məlumat verib.
Onun sözlərinə görə, partlayış nəticəsində əsgərlər beyin travması alıblar. Onlar Almaniya və Küveytdə yerləşən Amerikanın hərbi xəstəxanalarına təxliyə ediliblər, hazırda əsgərlərin müalicəsi davam edir.
O, qeyd edib ki, 8 əsgər Almaniya, 3 əsgər isə Küveytdə müalicə alır: “Əsgərlərin müalicəsi bitdikdən sonra İraqa qayıdacaqlar”, deyə Bill Urban vurğulayıb.