Yanvarın 25-də e-millimizin üzvləri müəyyənləşəcək

  16 Yanvar 2020    Oxunub : 2300
Yanvarın 25-də e-millimizin üzvləri müəyyənləşəcək
AFFA-nın və Azərbaycan Kiber İdman Federasiyasının təşkilatçılığı ilə yanvarın 25-də Bakıdakı “Cyber Sport Arena”da keçiriləcək futbol turnirində e-millimizin üzvləri müəyyənləşəcək.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, PES2020 konsol oyunu üzrə keçiriləcək turnir üçün e-milli seçimlərə qeydiyyat yanvarın 22-dək davam edəcək. Yanvarın 25-də isə yarışın püşkatma mərasimi keçiriləcək. Turnirdə qeydiyyatdan keçən ilk 256 nəfər iştirak hüququ qazanacaq. Yarışlar PES2020 qaydaları əsasında təşkil olunacaq.

İştirakçıların seçimi Olimpiya sistemi əsasında aparılacaq. Seçimlərdə ilk dörd yerin sahibi e-milli komandanın heyətini təşkil edəcək və qaliblərə AFFA tərəfindən yığmanın formaları, eləcə də “PlayStation 4” oyun konsolu təqdim olunacaq. E-milli komandamızın üzvləri ikisi əsas, ikisi ehtiyat üzv olmaqla ilk “e-Avro” ilə yanaşı, müxtəlif çempionatlarda, yoldaşlıq görüşlərində Azərbaycanı təmsil etmək şansı qazanacaqlar. Seçmə mərhələsi mart-may aylarında keçiriləcək e-Avropa çempionatında millimiz Slovakiya, Yunanıstan, Finlandiya və Norveçlə birgə “D” qrupunda mübarizə aparacaq. Əlli beş iştirakçı ölkə arasından 16 komanda iyulun 9-10-da final mərhələsində iştirak etmək üçün yarışacaq. Londonda baş tutacaq final mərhələsində ilk “e-Avro”nun qalibi müəyyənləşəcək.

Azvision.az

Teqlər: AFFA