Boris Conson Liviya sammitində iştirak edəcək

Boris Conson Liviya sammitində iştirak edəcək
  16 Yanvar 2020    Oxunub:2266
Böyük Britaniyanın baş naziri Boris Conson Berlində keçiriləcək Liviya sammitində iştirak etməyə razılıq verib.
Azvision.az -ın xəbərinə görə, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Almaniya kansleri yanvarın 19-da Berlində keçiriləcək “Liviya sammiti”ndə liviyalı tərəflərin iştirak etməsini istəyib. Berlində keçiriləcək beynəlxalq konfransa Türkiyə, ABŞ, Rusiya, Çin, Fransa, İngiltərə, İtaliya və digər ölkələrin rəsmiləri də dəvətlidirlər.

Artıq Liviya Milli Ordusunun (LMO) rəhbəri Xəlifə Haftar Berlində keçiriləcək Liviya sammitində iştirak etməyə razılıq verib.

Azvision.az




Teqlər: Liviya  





Xəbər lenti