Ramzan Kadırovun səhhətində problem var

Ramzan Kadırovun səhhətində problem var
  16 Yanvar 2020    Oxunub:2604
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda müalicə olunur.
Azvision.az xəbər verir ki, bu barədə Kadırovun nümayəndəsi Alvi Kərimov bildirib.

"Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov tibbi prosedurları tələb edən müalicə kursu keçir", - deyə Kərimov məlumat verib.

Onun sözlərinə görə, Çeçenistan konstitusiyasında müvəqqəti iş imkanının itirilməsi və ya tətil müddətində rəhbər vəzifələrinin hökumət sədrinə həvalə edilməsi nəzərdə tutulur: "Bu, adi bir praktikadır və bütün subyektlərdə istifadə olunur”.

Qeyd edək ki, daha əvvəl Çeçenistan rəhbəri və hökumətinin saytında müvəqqəti olaraq regiona rəhbərliyin Baş Nazir Muslum Xuçiyevə tapşırıldığı barədə məlumat dərc olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çeçenistan   Ramzan-Kadırov  





Xəbər lenti