50-dən çox ölkənin Prezident və Baş Naziri bir araya gələcək

50-dən çox ölkənin Prezident və Baş Naziri bir araya gələcək
  16 Yanvar 2020    Oxunub:3267
Bu ilin 21-24 yanvar tarixlərində İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçiriləcək.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu il təşkil olunacaq iqtisadi foruma 117 ölkədən 3 min siyasətçi, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər qatılacaq. Forum çərçivəsində 400-dən çox açıq və qapalı iclasın keçirilməsi planlaşdırılır.

Ümumilikdə builki Davus forumunda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunacaq.

Azvision.az


Teqlər: Davos   Forum  





Xəbər lenti