Merkel və Putin Berlin konfransını müzakirə etdilər

  15 Yanvar 2020    Oxunub : 2720
Merkel və Putin Berlin konfransını müzakirə etdilər
Liviyanın beynəlxalq səviyyədə tanınmış baş naziri Fayiz əs-Sərrac, Şərqi Liviya Milli Ordusunun rəhbəri Xəlifə Həftar yanvarın 13 də Moskvada Liviya böhranını müzakirə ediblər. Danışıqlara Moskva və Türkiyə vasitəçilik edib.
Moskva görüşündən sonra Rusiya Federesiyasının prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel telefon danışığı aparıblar. Bu barədə Kremlin mətbuat xidməti bazar ertəsi axşamı məlumat yayıb. Telefon danışığı Almaniyanın təşəbbüsü ilə baş tutub. Söhbət zamanı tərəflər Yaxın Şərq və Liviyadakı vəziyyəti müzakirə ediblər. Bununla yanaşı, Berlində baş tutacaq Beynəlxalq Liviya Konfransına hazırlıq da müzakirə olunub. Rusiya Prezidenti Federal Kanslerə Liviyadaki münaqişə tərəflərinin iştiraki ilə keçirilən Moskva görüşü haqqında məlumat verib.

Xatırladaq ki, bazar ertəsi Moskvada Liviya münaqişəsinin həllinə dair çoxtərəfli müşavirə keçirildi. Rus xəbər agentliyi RİA Novosti sonradan bəyan etdi ki, münaqişə tərəfləri razılığa gələ bilməyiblər. Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Liviya Milli Ordusunun başçısı, Marşal Xəlifə Həftar, əlavə zaman istəyib. RİO Novostinin Liviyadakı mənbələrindən əldə etdiyi məlumata görə, HəftarTripoli hökuməti ilə razılaşmanı imzalamadan Moskvanı tərk edib. Qeyd edək ki, yanvarın 12 də münaqişə tərəfləri atəşkəs imzalayıblar. Növbəti gün, yanvarın 13- də atəşkəs məsələsini müzakirə etmək üçün Moskvada toplaşıblar.

Demək olar ki, 2011-ci ildə Liviya lideri Müəmmar Qəddafi devrildikdən sonra Liviya vahid dövlət olaraq mövcud deyil. Hazırda dövlət “iki başlı hakimiyyət” altındadır. Şərqi Liviya xalq tərəfindən seçilən Parlamentin, Qərbi Liviya isə , BMTAvropa Birliynin dəstəyi ilə qurulan Milli Birlik Höküməti tərəfindən idarə olunur. Ölkənin şərq hissəsinin dövlət orqanları paytaxt Tripoliyə bağlı olmadan hərəkət edir, Liviya Milli Ordu ilə əməkdaşdırlar.
Bu arada, Berlində keçiriləcək beynəlxalq sülh konfrası yanvarın 19-na təyin olunub. Məqsəd Liviyada Şərq və Qərb hərbi hökumətlərini BMT silah embarqosuna tabe olmağa və atəşkəsə dəstək olmağa inandırmaqdır. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da sammitdə iştirakı gözlənilir.

Pərvanə Yahyazadə
AzVision.az

Teqlər: