Rusiyada məktəblilərə pulsuz yemək veriləcək

Rusiyada məktəblilərə pulsuz yemək veriləcək
  15 Yanvar 2020    Oxunub:3180
Rusiyada məktəblərdə 1-4-cü siniflərin bütün şagirdlərinə isti yemək veriləcək.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Prezident Vladimir Putin bəyan edib.

"Mən 1-4-cü siniflərin bütün şagirdlərinə pulsuz isti yemək verilməsini təklif edirəm", - deyə Putin vurğulayıb.

Rusiya lideri, həmçinin bildirib ki, uşaq məktəbə gedəndə valideynlər, xüsusən analar işə getmək və əlavə gəlir əldə etmək üçün daha çox imkanlara malik olurlar. Ancaq uşaq məktəbə gedərkən ailənin xərcləri də artır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Putin   Məktəb  





Xəbər lenti