Paşinyanla Ter-Petrosyanın münasibətləri pisləşib

  15 Yanvar 2020    Oxunub : 2434
Paşinyanla Ter-Petrosyanın münasibətləri pisləşib
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın baş nazir Nikol Paşinyanla münasibətləri pisləşib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın "İravunk" qəzeti yazıb.

"Petrosyan öz ətrafındakı adamlara deyib ki, Paşinyanın tualet mövzusunu belə şərh etməyə vaxtı var, ancaq onu təbrik etməyə vaxt tapmayıb”, - nəşr yazıb.

Məlumata görə, Paşinyanın bu davranışı Ter-Petrosyanın tərəfdarlarının qəzəbinə və narazılığına səbəb olub.

Qeyd edək ki, yanvarın 9-da Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın doğum günü olub. Paşinyan eks-prezidenti rəsmi olaraq təbrik etməyib. Bunun ardınca Paşinyan Ter-Petrosyanın yaxın tərəfdarı olan özünün mətbuat katibini işdən çıxarıb.

Paşinyandan fərqli olaraq prezident Armen Sarkisyan Ter-Petrosyanı 75 yaşı münasibətilə təbrik edib, ona xoş arzularını çatdırıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Paşinyan