ABŞ Konqresində 20 Yanvar faciəsi ilə bağlı bəyanat verilib
Buna baxmayaraq, bildirilir ki, o zaman, Azərbaycan xalqı Sovet əsarətinə qarşı təngə gəldiyini və onunla mübarizə əzmini nümayiş etdirib.
Qeyd olunur ki, Azərbaycan xalqının sülhpərəst etiraz və azadlıq çağırışlarına rəğmən, Sovet rəhbərliyi bu çağırışlara silah və tanklarla cavab verdi. Bunun nəticəsində, 147 nəfər mülki əhalinin qətlə yetirildiyi, yüzlərlə insanın yaralandığı və həbs olunduğu bəyanatda bildirilir. Sovet İttifaqında əvvəlki müstəqillik hərəkatlarına qarşı qəddarlıqlara rəğmən Azərbaycanlıların əzmkarlıq və qətiyyət nümayiş etdirdiyi, faciənin onlara qüvvə verdiyi və 1991-ci il avqust ayında müstəqilliyə gətirib çıxardığı diqqətə çatdırılır. Bu monumental müstəqilliyin elanından sonra, Azərbaycanın regionda azadlıq mayakı rolunu oynadığı, ABŞ-la dost və müttəfiq olduğu xüsusi vurğulanır.
Bu xüsusda bəyanatda, həlak olanların xatirəsi yad edilir və Azərbaycan Respublikasının davamlı qüdrəti təntənəli surətdə qeyd olunur. Konqresin digər üzvləri də Qara Yanvarı yad etməyə çağırılır və Azərbaycanın müttəfiq rolu və azadlıq yolunda səyləri bir daha vurğulanır.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: ABŞ 20-Yanvar Faciə Bəyanat