Koçaryanın məhkəməsi yenə təxirə düşdü

Koçaryanın məhkəməsi yenə təxirə düşdü
  14 Yanvar 2020    Oxunub:3659
Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın və digər keçmiş vəzifəli şəxslərin işi üzrə bugünkü məhkəmə iclası təxirə salınıb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, Yuri Xaçaturov və Miqran Poqosyanın iclasa gəlməməsi səbəbindən proses yanvarın 21-nə təxirə düşüb.

Qeyd edək ki, Miqran Poqosyan iclasda iştirak etməməsinə səbəb kimi məhkəmə zamanı vəkillərə qarşı təhqiramiz ifadələrə və təhdidlərə yol verilməsini, ayrı-seçkilik edilməsi və hakimlərin də buna göz yummasını göstərib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Koçaryan   Ermənistan  





Xəbər lenti