Zelenski sabiq prezidentin xanımını işdən çıxarıb

Zelenski sabiq prezidentin xanımını işdən çıxarıb
  14 Yanvar 2020    Oxunub:3362
Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin sabiq başçısı Petro Poroşenkonun xanımı Marina Poroşenkonu “İncəsənət arsenalı” Milli Mədəniyyət, Bədii və Muzey Kompleksinin inkişafı üzrə şuradan kənarlaşdırıb.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Marina Poroşenkonun yerinə Zelenski öz xanımı Yelena Zelenskayanı təyin edib.

Bundan əvvəl isə M.Poroşenko Ukrayna Mədəniyyət Fondunun sədri vəzifəsini tərk edib. Sabiq prezidentin xanımı işdən çıxmasını hazırkı hakimiyyətin ona təzyiq göstərməsi ilə əsaslandırıb.

Azvision.az


Teqlər: Ukrayna   Zelenski  





Xəbər lenti