İranda təyyarənin vurulmasına görə saxlanılanlar var

İranda təyyarənin vurulmasına görə saxlanılanlar var
  14 Yanvar 2020    Oxunub:4367
İran Prezidenti Həsən Ruhani Tehranda Ukrayna təyyarəsinin silahlı qüvvələr tərəfindən səhvən vurulmasını bağışlanmaz səhv adlandırıb.
Azvision.az İran mətbuatına istinadən xəbər verir ki, Ruhani faciəvi hadisənin diqqətlə araşdırılmasının vacib olduğunu deyib.

"Bu hadisəyə görə tək bir nəfər məsuliyyət daşıya bilməz", - deyən İran Prezidenti günahkarların cəzasız qalmayacağını əlavə edib.

Bundan əlavə, Ruhani İran səlahiyyətlilərinin səhvlərini etiraf etməsini yaxşı başlanğıc hesab edib və belə hadisənin bir daha baş verməyəcəyinə əmin olmaq istədiyini söyləyib.

İran Məhkəməsin sözçüsü isə 176 nəfərin həlak olduğu təyyarənin vurulması ilə əlaqədar bəzi şübhəli şəxslərin saxlandığını açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Təyyarə  





Xəbər lenti