Yusif Eyvaz erməni ilə oxumaqdan imtina edib

 Yusif Eyvaz erməni ilə oxumaqdan imtina edib
  14 Yanvar 2020    Oxunub:4774
Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Anna Netrebkonun həyat yoldaşı Yusif Eyvazov erməni əsilli soprano Ruzan Mantaşyanla eyni səhnədə çıxışdan imtina edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə “Forumopera.com” onlayn jurnalı məlumat yayıb.

Məlumata görə, fevralın 7-də onlar Drezden Opera ball-da birlikdə çıxış etmələri idilər. Lakin Eyvazov Mantaşyanla birgə oxumaq istəmədiyini bildirib və proqramdan adının çıxarılmasını xahiş edib.

Erməni opera müğənnisi Asmik Papyan isə "Facebook" səhifəsində bu qərara etiraz olaraq şikayət verməyi planlaşdırdığını deyib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: YusifEyvaz  





Xəbər lenti