Haftar atəşkəs haqqında sazişi imzalamadı

Haftar atəşkəs haqqında sazişi imzalamadı
  14 Yanvar 2020    Oxunub:4135
Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Milli Razılıq Hökuməti Faiz Sarracla atəşkəs razılaşması imzalamadan Moskvadan ayrılıb.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” Liviyadakı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskvadakı danışıqlarda yekun sənədi Liviyadakı münaqişənin bir neçə tərəfinin imzaladığını, lakin Haftarın əlavə vaxt istədiyini demişdi.

Bazar ertəsi Moskvada aparılan danışıqların əsas mövzusu Sarrac hökuməti ilə Haftar arasında atəşkəs razılaşmasının imzalanması idi. Bundan əvvəl sənədi Sarracın özü və Ali Dövlət Şurasının rəhbəri Xalid Mişri imzalayıb.

Qeyd edək ki, dünən Rusiya və Türkiyənin vasitəçiliyi ilə Moskvada Liviya münaqişəsi ilə bağlı görüş keçirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Liviya   Moskva   Haftar  





Xəbər lenti