Qeyri-ReAL transformasiya: İlqar Məmmədov kimin sifarişini yerinə yetirir?

 Qeyri-ReAL transformasiya:  İlqar Məmmədov kimin sifarişini yerinə yetirir?
  13 Yanvar 2020    Oxunub:5319
REAL-ın rəhbəri İlqar Məmmədov parlament seçkiləri ərəfəsində özünü xatırlatmaq qərarına gəlib. O, bunun üçün olduqca qəribə bir yol seçib və ölkənin Avropa Şurasından çıxarılmasını tələb etməklə özünü bütün Azərbaycana qarşı qoyub. Bununla belə, qeyd etmək lazımdır ki, Məmmədovun bu cür ekstravaqant təklifi ilk dəfə deyil.
Bunun kimə hesablandığı maraqlı sualdır. Amma dəqiq potensial elektorata deyil, çünki belə bir marjinal bəyanat Məmmədovun rəhbərlik etdiyi düşünülən intellektual auditoriyanın maraqlarına ziddir.

İctimaiyyətin reaksiyası gözlənilən oldu - sosial şəbəkə istifadəçiləri İlqar Məmmədova Azərbaycana “hücum” üçün istənilən bir bəhanə axtaran Qərbdəki müəyyən dairələrin kuklası kimi şübhəli reputasiyasını xatırladıblar. Həmin şərhlərdə ziddiyyətin izahı belə verilir ki, əvvəllər Avropaya inteqrasiyanı müdafiə edən Məmmədov indi ölkəni Avropadan uzaqlaşdırmaqda israr edir.

Bu cür dar düşüncəyə malik siyasətçiyə yenidən xatırlatmağa məcburuq ki, hökumətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkənə münasibətdə müxalifətçi ola bilməzsən.

Həqiqətən, İ.Məmmədovun demarşı ilə eyni vaxtda Avropa İnsan Hüquqları Məhkəməsinin qərar verdiyi digər siyasətçilər də deputat olmaq istədiklərini bildirdilər. Məmmədovun özü seçicilərin dəstəyinə arxalana bilməcəyini yaxşı anladığı üçün imtina etmək istəyirdi. Heç bir şans olmadığından, Məmmədov Avropa Şurasına şikayət etmək və Azərbaycanı qurumdan çıxarmaqla bağlı çağırış etmək qərarına gəldi.

Avropa Şurasındakı bəzi qüvvələr öz növbəsində İ.Məmmədovun seçkilərdə iştirak etməməsini 7 il müddətinə həbs olunması isə əlaqələndirməsinə dair fikirlərindən məmuniyyətlə yararlandı.

Kvazisiyasətçi kimin dəyirmanına su tökür? Kim onu istifadə edir?

Beləliklə, İ.Məmmədovun partiyadakı ortağı Rəsul Cəfərov da seçki komissiyasının namizədliyini qeydə almamasından Avropa Şurası Nazirlər Komitəsinə şikayət edib. Müraciəti EHRAS- Avropa İnsan Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Filip Liç imzalayıb. Azərbaycanlı "fəalların" hüquqlarından narahat olan və artıq Avropa Məhkəməsində R.Cəfərov, Xədicə İsmayılova və digər müxalifət üzvlərini müdafiə edən həmin Filip Liç yenə gündəmə gəlib.

Bildirmək lazımdır ki, azərbaycanlı fəalların hüquqları ilə bağlı narahatlıqla yanaşı, Liç ikiüzlü Yanus kimi, eyni zamanda, "Sarkisyan Azərbaycana qarşı" işində Ermənistan vətəndaşlarını da fəal şəkildə müdafiə edib və bu işi davam etdirir.

Bu sadəcə təsadüf ola bilərmi? Üstəlik, F. Liç azərbaycanlı qaçqınların hüquqları və Avropa Məhkəməsində Ermənistana qarşı şikayətləri barədə narahatlıq keçirmir. Aydındır ki, bu, sadəcə təsadüf deyil. Yuxarıda adıçəkilən azərbaycanlı "fəallar" kimə işlədiyini, kimin dəyirmanına su tökdüklərini də yaxşı bilirlər. Və Məmmədov Azərbaycanı Avropa Şurasından çıxarmağa çağıranda, ağlabatan bir sual yaranır - necə olur ki, Avropa dəyərləri və Avropa inteqrasiyasını dəstəkləyən insan, eyni zamanda vətənini bu nüfuzlu quruluşdan çıxarmağa çağırır?

Göründüyü kimi, Avropa Məhkəməsində hüquqlarını "qorumaq" istəyən İlqar Məmmədov vicdan əzabı çəkmədən bütün həmvətənlərini Avropa İnsan Hüquqları Məhkəməsində hüquqlarını qorumaq imkanından məhrum etməyə hazırdır. Seçki "hüquq müdafiəçisi" budur. Ya insan hərəkətlərini başa düşmür, ya da daha çox ehtimal olunan budur ki, özünün eqoist maraqlarını həmyerlilərinin mənafelərindən üstün tutur.

Qeyd edək ki, Milli Məclisdəki seçki prosesinin əvvəlindən İlqar Məmmədov çox qəribə davranıb. Əvvəlcə YAP-ı siyahısını elan etməyə çağırdı ki, ən güclü namizədi “seçib” və öz rayonunda ona “sarsıdıcı” zərbə endirsin.

YAP namizədlərinin siyahısını elan edəndə isə Məmmədov bunun "həmin" siyahı olmadığını, həqiqi namizədlərin daxil olduğu başqa bir siyahının mövcudluğunu iddia etməyə başladı. Özünə "güclü rəqib seçmək” üçün ona yeni "real" namizədlərin göstərilməli olduğuna təkid göstərməkdə davam etdi.

Razılaşın ki, bu, tipik paranoyadır. Öz bacarıqsızlığını ört basdır etmək üçün bəhanə tapmaq cəhdi Məmmədovun güclü bir müstəqil namizədin seçkiyə qatılmasından ciddi şəkildə qorxduğunu göstərir. Bu səbəbdən sadəcə ona "əlverişli" bir rayon göstərilməsini "tələb edir.

Nə üçün kiminsə ona nədəsə borcu olduğunu düşünməsi anlaşılan deyil, onun bu davranışı izləyiciləri arasında çoxlu sayda tənqidlərə səbəb oldu.

Bəs İlqar Məmmədovun siyasi fiaskosuna və hansısa müddətdə özünə diqqəti cəlb etməsinə çalışmasının səbəbi nədir?

Birinci və ən vacib olanı İlqar Məmmədovun siyasi impotensiyası, xalqın nüfuzunu və hörmətini qazanaraq heç vaxt populyar bir siyasətçi ola bilməməsidir. Axı, azadlığa çıxdığı andan İ.Məmmədov ətrafındakı elektoratın minimum kritik kütləsini belə birləşdirə bilmədi.

Əksinə, getdikcə daha çox tərəfdarlarının imicinə mənfi təsir göstərən siyasi sahənin ifrat dərəcəsinə çevrilir. Yeri gəlmişkən, REAL liderlərindən biri, Məclisin sabiq rəhbəri Azər Qasımlının Məmmədovun avtoritar adlandırdığı idarəetmə üsullarına görə strukturu tərk etməsi diqqət çəkir. Qasımlı indi Yasamal rayonunun 17-ci seçki dairəsindən müstəqil olaraq deputatlığa namizədliyini irəli sürüb. Eyni bölgədə REAL vəkil Cavad Cavadovun namizədliyini irəli sürüb. Partiyanın bu qərarı REAL Azər Qasımlıya “mane olmaya bilərdi” deyə kəskin tənqidə səbəb oldu.

Ancaq aydındır ki, burada REAL "özününküləri döy, başqaları qorxsun", prinsipi ilə hərəkət edir. Göründüyü kimi, paradoksal olsa da, “məhkum İlqar Məmmədovun” REAL üçün sərbəst buraxılan İlqar Məmmədovdan daha çox faydası olduğu barədə fikirlər eşidilir. Axı, həbsdə olduğu müddətdə təşkilat öz hərəkətlərində az radikal idi, siyasi gündəmdəki aktual məsələlərlə bağlı daha konstruktiv fikirlər səsləndirirdi. Məmmədov özü isə birbaşa həbsxanadan tərəfdarlarını cuşa gətirərək müdrik simasında göründü.

Düzdür, azadlığa çıxdıqdan sonra tez bir zamanda aydın oldu ki, burada müdriklik qoxusu yoxdur - İlqar Məmmədov həbsinə qədər olduğu kimi qeyri-uzaqgörən, düşüncəsiz, qərarsız, həddindən artıq emosional siyasətçidir. Onun hansısa bir şəkildə əhəmiyyətli siyasətçiyə çevrilmək şansları hər səhvində daha da azalır. İnsanlara həyatda özünə yer tapmayan və öz mənafeyi üçün istənilən vasitəyə əl atan Qərbin kuklasının hərəkətləri maraqlı deyil.

Azvision.az


Teqlər: ReAL   İlqar-Məmmədov  





Xəbər lenti