Hindistan səfirliyi Şəhidlər Xiyabanındakı hadisəni araşdırır
“Səfirlik hazırda bu məsələnin araşdırılması üçün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və digər aidiyyatı qurumlarla birgə işləyir”, - deyə qeyd olunub.
Xatırladaq ki, sosial şəbəkələrdə bir qrup Hindistan vətəndaşının Bakıda Şəhidlər Xiyabanında mahnı oxuyaraq rəqs etməsi ilə bağlı görüntülər yayılıb. Bu hadisə şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hindistan