Təbii fəlakət 11 nəfərin həyatına son qoydu
Qəndəhar valisinin nümayəndəsi Əhməd Bahir Əhmədi bildirib ki, aramsız yağışlar bölgədə böyük fəsadlar törədib. Təbii fəlakət zamanı Qəndəhar əyalətində 8 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Helmand vilayətinin Kacaki mahalında isə 3 nəfəri sel aparıb, 9 nəfər yaralanıb.
Hazırda bölgədə yağışlı hava şəraiti davam edir. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması istiqamətində işlər görülür.
Azvision.az
Teqlər: Əfqanıstan Yağış Daşqın