Məşhur filmdəki avtomobil 3,74 milyon dollara satıldı - FOTOLAR

Məşhur filmdəki avtomobil 3,74 milyon dollara satıldı -    FOTOLAR
  12 Yanvar 2020    Oxunub:4202
1968-ci ildə lentə alınan məşhur “Bullitt” filmində aktyor Stiv MakKuinin cinayətkarları təqib etdiyi “Ford Mustang” avtomobili hərraca çıxarılıb.
Azvision.az xəbər verir ki, ABŞ-da təşkil olunan hərracda avtomobil 3,74 milyon dollara satılıb. Avtomobilin yeni sahibinin kimliyi açıqlanmayıb.

Qeyd edək ki, “Bullitt” filminin ən cəlbedici səhnələri Florida sahillərindən uzaqda, San-Fransiskoda lentə alınıb. Rejissor Piter Yetsin çəkdiyi film ən yaxşı montaj nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.









Azvision.az



Teqlər: Film   Avtomobil  





Xəbər lenti