Britaniya səfiri təkzib etdi: “Aksiyada iştirak etməmişəm”

    Britaniya səfiri təkzib etdi:   “Aksiyada iştirak etməmişəm”
  12 Yanvar 2020    Oxunub:3599
Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera ötən gün Tehranda keçirilən etiraz aksiyasında iştirak etmədiyini bəyan edib.

Azvision.az xəbər verir ki, səfir bu barədə “Twitter” hesabında yazıb. Diplomat İranda səhvən vurulduğunu deyilən Ukrayna təyyarəsində həlak olan şəxslərin anım mərasiminə qatıldığını bildirib.
Hadisə nəticəsində həyatını itirənlərdən bir neçə nəfərin britaniyalı olduğunu vurğulayan Roberta Makkeranın sözlərinə görə, o, mərasim yerini tərk etdikdən sonra siyasi şüarlar səsləndirilib.

Qeyd edək ki, İranda raketlə vurulan Ukrayna təyyarəsində ölənlərin anım mərasiminə toplaşan tələbələr hökumətin istefası tələbi ilə etiraz aksiyası keçiriblər.

Xarici KİV-də yayılan məlumata görə, Böyük Britaniyanın İrandakı səfiri Roberta Makkera da aksiyada iştirak edib. Diplomat ictimai qaydaları pozduğuna görə saxlanılıb. Polis şöbəsinə aparılan səfirə xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.

Məlum hadisədən sonra Britaniya səfiri İranın Xarici İşlər Nazirliyinə çağırılıb və rəsmi Tehranın etirazı onun diqqətinə çatdırılıb.

Azvision.az


Teqlər: İran   Səfir  





Xəbər lenti