Yeni uçan avtomobil modeli nümayiş etdirildi

Yeni uçan avtomobil modeli nümayiş etdirildi
  12 Yanvar 2020    Oxunub:3107
ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Consumer Electronics Show” sərgisində uçan avtomobil modeli nümayiş etdirilib.
Azvision.az xəbər verir ki, qeyri-adi nəqliyyat vasitəsi Cənubi Koreya istehsalçısı ilə birgə “Uber” şirkəti tərəfindən hazırlanıb.

Avtomobil üfüqi və şaquli vəziyyətdə uça biləcək, həmçinin rahatlıqla havada qalacaq. Sözügedən avtomobil 4 sərnişin və pilot üçün nəzərdə tutulub. Gələcəkdə nəqliyyat vasitəsinin avtonom olacağı planlaşdırılır.

Uçan avtomobil karbon qazının tullantılarını azaltmaq üçün tamamilə elektrik enerjisi ilə işləyəcək. Onun enerji yığması üçün təxminən 5-7 dəqiqə vaxt tələb olunur.

Azvision.az


Teqlər: Sərgi   Avtomobil  





Xəbər lenti