“İnter” öz meydanında xal itirib

“İnter” öz meydanında xal itirib
  12 Yanvar 2020    Oxunub:3017
İtaliya A Seriyasında 19-cu turun növbəti oyunu keçirilib.
Azvision.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “İnter” və “Atalanta” klubları üz-üzə gəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib. Komandalar 1:1 hesablı heç-heçə ilə meydanı tərk ediblər.

Öz stadionunda qələbəni əldən verən lider “İnter” bu oyundan sonra xallarının sayını 46-a çatdırıb. “Atalanta” isə 35 xalla beşinci yerdədir.

Azvision.az


Teqlər: İtaliya   İnter  





Xəbər lenti