Azərbaycan idmançısı Polşada qızıl medal qazandı

  11 Yanvar 2020    Oxunub : 2246
Azərbaycan idmançısı Polşada qızıl medal qazandı
Polşada konkisürmə üzrə Torun Kuboku yarışları keçirilir. Turnirdə Azərbaycanı təmsil edən Vladimir Litvintsev uğurla çıxış edib.
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Azvision.az -a bildirib ki, Vladimir Litvintsev kişilərin fərdi yarışında rəqiblərini geridə qoyaraq qızıl medal qazanıb.

Azvision.az

Teqlər: Yarış   Konki