Merkel Moskvaya gedir - Bu gün Putinlə görüşəcək

 Merkel Moskvaya gedir -  Bu gün Putinlə görüşəcək
  11 Yanvar 2020    Oxunub:2591
Bu gün Almaniya Kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.
Azvision.az xəbər verir ki, səfər bir gün davam edəcək.

Kremlin mətbuat xidməti Rusiya və Almaniyanın liderlərinin Yaxın Şərqdəki vəziyyət, Suriya, Liviya böhranı daxil olmaqla, beynəlxalq gündəmdəki aktual problemləri müzakirə edəcəklərini açıqlayıb.

Bundan əlavə, Putin və Merkel Ukrayna məsələsini, 9 dekabr 2019-cu ildə Parisdə “Normand dördlüyü” Zirvə görüşündə əldə olunan razılaşmaları nəzərdən keçirəcəklər.

Kanslerin Kremlə gəlişi Moskva vaxtı ilə təxminən saat 14:30-a planlaşdırılıb. Danışıqlardan sonra hər iki lider birgə mətbuat konfransı keçirəcək.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Merkel   Putin  





Xəbər lenti